Moskva Şəhər Hərbi Prokurorluğu keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib və onu Donetsk Qarnizonu Hərbi Məhkəməsinə verib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Moskva Şəhər Hərbi Prokurorluğu Elman Paşayevə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin (dələduzluq) 4-cü hissəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ilə ittiham olunur", - deyə qeyd olunub.
İstintaqın məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Paşayev bloger Yelena Blinovskayanın həyat yoldaşı, iş adamı Aleksey Blinovskidən onun və həyat yoldaşının ödəniş vəsaitlərinin qanunsuz dövriyyəsinə, vergidən yayınmalara görə cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərdiyinə görə 20,1 milyon rubl və 300 min dollar məbləğində nağd pul alıb.
Bundan əlavə, təqsirləndirilən şəxs 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrınadək cinayət işi ayrı-ayrı icraatda olan şəxslə qabaqcadan əlbir olaraq, Petrozavodsk sakininin müqavilə əsasında hərbi xidmətə getməsinə köməklik göstərəcəyini və narkotik vasitələrin qanunsuz dövriyyəsi və pul dövriyyəsi ilə bağlı cinayət məsuliyyətindən azad ediləcəyini vəd edərək ondan 15 milyon rubl oğurlamağa cəhd göstərib.
Ağarza Elçinoğlu