AZ

Regionlarda yağıntılarla bağlı son vəziyyət AÇIQLANIB

Respublika ərazisində güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr, əsasən, yaz-yay aylarında müşahidə olunur.

Busaat.az xəbər verir ki, Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrdə müvəqqəti subasma qeydə alınıb. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb.

Sel hadisəsinə dair vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbəri gecə saatlarında əraziyə baxış keçirib. Udullu kəndindəki süni göldə su səviyyəsinin yüksəlməsi səbəbi ilə yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülüb. Ciddi təhlükə qeydə alınmayıb.

İsmayıllı rayonu ərazisindən keçən çaylardan da qısamüddətli sel keçib, lakin ciddi fəsad baş verməyib.

Hazırda da qabaqlayıcı tədbirlər davam etdirilir.

image-snsdv8l0pnqcppfbj1j7ph8nk61ymuzdjuaeiglz_1200 image-r6jmgt5oxukpqj7lzpkwgnt8semle5ycagsw63no_1200 image-rmdkpqn6gicqreairvpqgbgb7smwtylkan3gxree_1200

Seçilən
0
16
busaat.az

10Mənbələr