AZ

SON XƏBƏR: Hindistan 3 istiqamətdən Pakistana hücuma başladı

Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.

Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.

Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.

Hindistan Silahlı Qüvvələri də açıqlamasında, Pakistanın işğalı altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

9 rayonun hədəf alındığı bildirilən açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.

Seçilən
0
2
turkustan.az

10Mənbələr