AZ

Hacıqabulun 3 kəndini sel basdı

Ajans.az xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb. Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub. Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Seçilən
0
24
Ajans.az

10Mənbələr