Avropa ölkələri və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesindən tezliklə geri çəkiləcəyindən ehtiyat edirlər...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, amerikalılarla danışıqlardan sonra son bir neçə gündə Avropa və Ukrayna Ağ Ev rəhbərinin danışıqlar prosesində uğur əldə etməməsindən ABŞ-nin nizamlanma cəhdlərində iştirakına son qoymaq üçün istifadə edə biləcəyindən narahatdır.
FT qeyd edir ki, buna görə Kiyev gizli şəkildə Vaşinqtonun danışıqlardan çıxmasına hazırlaşmağa başlayıb. Bundan əlavə, Ukrayna hakimiyyəti hazırda ABŞ-ın hərbi yardımı davam etdirəcəyini və ya kəşfiyyat məlumatlarını paylaşmağa davam edəcəyini bilmir.
Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejkonun fikrincə, Kiyev və Vaşinqton arasında münasibətlərdə baş verə biləcək ən pis şey ABŞ prezidentinin Ukraynaya hər hansı marağının itirilməsidir.
Qeyd edək ki, aprelin 29-da ABŞ-nin vitse-prezidenti Ceyms Vens deyib ki, Ukraynada döyüşlərin davam etməsi nüvə eskalasiyasına səbəb ola bilər.
Poliqon.info