AZ

Sevdiyi qızın atasını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İsmayıl Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə İ.Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 14 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy rayonu, Qazanbulaq qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 2000-ci il təvəllüdlü İsmayıl Süleymanovla zərərçəkmiş V.Nağıyev telefon danışığı zamanı mübahisə edib. Zərərçəkmiş ona zəng edərək qızından uzaq durmasını tələb edib, sonra o, İsmayıl və onun ailəsinin ünvanına nalayiq sözlər işlədib.
 
Daha sonra İsmayıl Goranboy rayonu, Borsunlu kəndində tanımadığı mağazadan mətbəx bıçağı alaraq zərərçəkmiş şəxsin yaşadığı Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi küçəyə gedib. O, V.Nağıyevə zəng edərək onu görüşə çağırıb. Zərərçəkmiş şəxs də etibarnamə vasitəsilə idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə oraya gəlib. İsmayıl həmin maşının qabaq sağ oturacağında əyləşərək zərərçəkmişlə söhbət edib. Zərərçəkmiş şəxs ondan qızının azyaşlı olması səbəbindən uzaq durması barədə tələbindən sözlü mübahisə yaranıb. Bu zamanı o, İsmayılın ünvanına nalayiq sözlər işlədib. Təqsirləndirilən şəxs isə avtomobildən düşüb sürücü əyləşən tərəfə yaxınlaşıb maşının sol qabaq qapısını açaraq bıçaqla sükan arxasında əyləşmiş V.Nağıyevin bədəninin müxtəlif nahiyələrindən 3 dəfə zərbə endirib.
 
Hadisə zamanı xəsarət alan V.Nağıyev həmin avtomobillə xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Daha sonra isə yaralı təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
 
Hadisədən sonra İsmayıl Süleymanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Seçilən
3
50
moderator.az

10Mənbələr