Son illər dünya gücləri arasında hərbi və texnoloji yarış daha da kəskinləşib. Xüsusilə ABŞ və Çin arasında artan iqtisadi, siyasi və strateji gərginlik yeni silah texnologiyalarının inkişafını sürətləndirib. Bu kontekstdə Çinin heç bir nüvə materialı istifadə etmədən hidrogen bombasına bərabər gücə malik silah sınaqdan keçirməsi beynəlxalq aləmdə ciddi suallar doğurur. Bu addım yalnız Çin üçün strateji bir qələbə deyil, həm də nüvə silahları sistemində yeni bir səhifənin açılması kimi qiymətləndirilir. Belə bir gücə malik olmaq, Pekinə yalnız regional deyil, qlobal hərbi güc balansında daha aktiv rol oynamaq imkanı verir. Bəs Pekinin qeyri-nüvə silahı yaratmasına ABŞ-ın reaksiyası necə olacaq?
Bu barədə Moderator.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, son illərdə ABŞ ilə Çin arasında faktiki olaraq davamlı bir mübarizə gedir:
"ABŞ tərəfi Çinin getdikcə artan gücünü cilovlamaq və ya heç olmasa onu neytrallaşdırmaq üçün ardıcıl addımlar atır. Təbii ki, Çin də bu prosesdə geri addım atmır. Onun həm iqtisadi, həm də hərbi potensialı kifayət qədər böyük və güclüdür. Çin, iqtisadi gücü ilə yaxınlığında yerləşən bir çox qonşu dövlətlərə təsirini artırmış və demək olar ki, onların bir hissəsini öz təsir dairəsinə salmışdır. Lakin hərbi baxımdan Çinin əsas hədəfi kimi Tayland ön plana çıxır. Pekinin planları və məqsədləri isə daha fərqlidir – o, yeni və fərqli addımlar atmaq istiqamətində irəliləyir. Dünyanın bir çox ölkəsi bu gün müxtəlif silah və hərbi texnologiyalar üzərində sınaqlar aparır, Çin də bu prosesdə fəal iştirak edir. Çin artıq açıq şəkildə anlayır ki, ABŞ və ümumilikdə Qərbin əsas strateji hədəfi məhz Çindir. Bu səbəbdən Pekin özünü tədricən bir müharibə ehtimalına qarşı hazırlamağa başlayıb. Çin təbii ki, atom silahından əlavə hidrogen bombası sınaqdan keçirdi və bu sınağı çox uğurlu oldu. Pekin çoxsaylı yeni raket sistemləri, beşinci nəsil qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (dronlar) və digər müasir hərbi texnologiyalar üzərində iş aparır. Bu silahların əksəriyyəti artıq uğurla sınaqdan keçirilib. Bundan əlavə, Çinin dənizlərdəki hərbi gücü də nəzərəçarpacaq dərəcədə artıb. Donanmasının güclənməsi ilə Pekin artıq ABŞ ilə dənizdə rəqabət aparacaq səviyyəyə çatıb. ABŞ tərəfi Pekinin həm iqtisadi, həm də hərbi baxımdan böyüməsini önləməyə çalışır, lakin bu, real baxımdan getdikcə daha çətin görünür. Çin təkcə Asiyada deyil, həm də Afrikada, Sakit və Hind okeanı hövzəsində hərbi gücünü sürətlə artırır. Pekin bu istiqamətdə ciddi maliyyə vəsaiti ayırır və nəticədə artıq ABŞ üçün real rəqibə çevrilib. Hətta bəzi iddialara görə, ABŞ ilə Çin arasında müəyyən formada hərbi toqquşma ehtimalı belə gündəmə gəlib. Hazırda Vaşinqton bu rəqabəti birbaşa deyil, daha çox Yaponiyanın üzərindən yürütməyə çalışır. Bununla yanaşı, Çin də Yaponiyanı neytrallaşdırmaq məqsədilə onunla müxtəlif sahələrdə danışıqlara başlayıb. Pekin, eyni zamanda, Cənubi Koreya ilə də yaxın əlaqələr qurmağa çalışır. Bölgədə ABŞ-ın Çinə qarşı müttəfiq kimi gördüyü əsas ölkələrdən biri isə Hindistandır. Hindistan həm iqtisadi, həm də hərbi baxımdan Çinlə rəqabət apara biləcək potensiala malikdir. İki ölkə arasında bəzi ərazilərlə bağlı razılaşmalar hələ də əldə olunmayıb və qarşılıqlı ərazi iddiaları davam edir. İki ölkə arasında hərbi toqquşmalar da ola bilər”.
Ekspertin fikirincə, hazırkı mərhələdə ABŞ Çini müxtəlif vasitələrlə sıxışdırmağa, onu nəzarət altına almağa və ya ən azından öz sərhədləri daxilində məhdudlaşdırmağa çalışır:
Lakin bu yanaşma artıq reallıqdan uzaq görünür. Çünki əvvəllər dünya yalnız bir super güc — ABŞ tərəfindən yönəldilirdisə, bu gün artıq ikinci bir qütb — Çin meydana çıxıb. Vaxtilə ABŞ Çinə qarşı gömrük rüsumları tətbiq edəndə bir çoxları düşünürdü ki, Pekin geri addım atacaq. Lakin hadisələr əks istiqamətdə inkişaf etdi: Çin də eyni miqyasda rüsumlar tətbiq edərək Vaşinqtona qarşı eyni sərtliklə cavab verdi. Bu da ABŞ-ın başa düşməsinə səbəb oldu ki, Çinlə əvvəlki kimi diktə edərək danışmaq çətin olacaq. Bəzi ehtimallara görə, ABŞ gələcəkdə Rusiyaya qarşı tutumunu dəyişərək onu Çinlə rəqabətdə tərəfdaş kimi cəlb etməyə cəhd edə bilər. Bu, İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın SSRİ-yə verdiyi dəstəyin müasir versiyası kimi şərh olunur. Məsələn, Ukrayna məsələsində güzəştlər edilə bilər. Lakin Çinlə Rusiya arasında hazırda çox sıx və strateji əlaqələr mövcuddur, bu isə belə bir yaxınlaşmanı çətinləşdirə bilər. Digər tərəfdən, bir çox analitiklər hesab edir ki, ABŞ artıq qlobal səhnədən bir qədər geri çəkilərək daxili problemlərinə fokuslanmalıdır. Lakin bu, hələ başlanğıcdır. 2028-ci ildən sonra proseslərin daha da mürəkkəbləşəcəyi, gərginliyin artacağı və geosiyasi qütblərin daha aydın şəkildə müəyyənləşəcəyi proqnozlaşdırılır. Bəzən deyirlər ki, “dünya müharibəsi başlayıb”. Qətiyyən belə düşünmürəm. Çünki dünya müharibəsinin başlaması üçün iki tərəf lazımdır. Faktiki olaraq, bu dəqiqə iki tərəf dövlətlərin bir çoxu hələ qruplaşma şəklindədir. Tərəflər hələ tam olaraq müəyyən olunmayıb. Ona görə də 2028-ci ildən sonra hesab edirəm ki, vəziyyət bir qədər gərginləşəcək. Lakin proseslərin dinamikası göstərir ki, yaxın illərdə ciddi toqquşmaların olması istisna deyil. Qərb Çinin bu qədər sürətlə böyüməsini və güclənməsini həzm edə bilmir. Bu isə onu deməyə əsas verir ki, böyük müharibə, böyük bir toqquşma qaçılmazdır”.

Mehin Mehmanqızı